bazar 20 aprel 2025 - 14:36
25 yaşlı fələstinli qadın fotoqrafın  Kann festivalına qəbul olunmasından bir neçə saat sonra şəhid olması

Hövzə / Fatimə Həsunə adlı fələstinli fotoqraf, onun həyatını əks etdirən sənədli filmin Kann festivalında nümayiş olunacağının elan edilməsindən bir neçə saat sonra, sionist rejimin hücumları nəticəsində ailəsinin 10 üzvü ilə birlikdə şəhid olub.

Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun verdiyi məlumata görə, Qəzza müharibəsinin başlanğıcından bu günə qədər bu ərazidə yerləşən jurnalistlər və fotoqraflar, Qəzza xalqının hər gün üzləşdiyi cinayətlər barədə dünyanı məlumatlandırmaq və insanları oyatmaqda mühüm rol oynayıblar. Buna görə də jurnalist və fotoqraflar sionist düşmənin əsas hədəflərindən birinə çevriliblər.

Açıqlanan statistik məlumatlara görə, indiyədək 200-dən çox media işçisi sionist rejim tərəfindən şəhid edilib.

Gənc fələstinli qız Fatimə Həsunə  bir il yarım müddətində Qəzza müharibəsində Qəzza xalqının ağrı-acılarını və məşəqqətlərini fotoşəkillərlə sənədləşdirən Qəzza zolağında baş verən bombardman zamanı ailəsi ilə birlikdə şəhid olub. Fatimə Həsunənin şəhadət xəbəri, onun həyatından bəhs edən “Canını əlinə al və yoluna davam et” adlı sənədli filmi Kann festivalında iştirak edəcəyinin elan edilməsindən bir neçə saat sonra yayımlandı.

Fələstinli fəal Məhəmməd Munim, Fatimə Həsunənin şəhadəti ilə bağlı ürək sözlərini “Əl-Qahirə” xəbər saytında yayımlayıb:

“Əgər mən ölsəm, uca bir ölüm istəyirəm. Mən sadəcə təcili bir xəbər olmaq istəmirəm. Mən elə bir iz buraxmaq istəyirəm ki, əbədi olaraq qalsın – və elə əbədi görüntülər ki, zaman onları torpağa gömməsin.

Fələstinli fotoqraf Fatimə sözlərlə sanki şəhadətindən əvvəl öz taleyini yazmışdı. Qəzzədə evini hədəf alan sionist rejimin hücumu nəticəsində şəhid olmamışdan öncə həyatının son səhnəsini özü canlandırırdı.

Ağrının şahidi

Həsunə sadəcə bir fotoqrafçı deyildi, o, Qəzzanın gözüydü.
O, dünyanı pəncərədən izləyirdi və yaralının yanında qalıb onun dərdinə şahid olmağı özünə vəzifə bilirdi.
O, mühasirənin mərkəzində yaşayırdı və hər dəfə fotoşəkil çəkdirərkən həyatın şəhadətini yaşayır və unudulmayan  bir hekayəni yaşadırdı. 

Fatimə 25 yaşında sionist rejimin ordusunun Qəzza zolağının şimalında evinə və ailəsinə etdiyi hücum nəticəsində şəhid oldu. O, doqquz nəfər qohumu ilə birlikdə dünyadan köçdü. İndiyə kimi  danışılmayan hekayələr və fotoşəkillərdən ibarət bir arxiv geridə qoydu.

Fatimə Həsunənin şəhadət xəbəri, onun həyatını əks etdirən “Canını əlinə al və yoluna davam et” adlı sənədli filmin Kann festivalında nümayiş olunacağının elan edilməsindən bir neçə saat sonra yayımlandı. 
Beynəlxalq Film Festivalı “Asid” proqramında hansı ki, Fatimə Həsunə onun qəhrəmanı olduğu proqram idi. O, bütün Qəzza sakinlərinin yaşadığı çətin səyahəti işıqlandırırdı. Bu işlə o, həmişə Facebook hesabında yazdığı kimi, öz arzusuna çatmışdı: “Şadam ki, şəkillərim hələ çox yerdə dövr edir və satılır. Bəlkə də şəkillərim məndən daha uzun ömür sürər və bu məni daha rahat hiss etdirir.”

Baxmayaraq ki, özü mühasirədə idi amma  şəkilləri bütün dünyaya o cümlədən Böyük Britaniyanın "Guardian" qəzetindən tutmuş, "Mənim Əziz Qəzzam" kimi beynəlxalq sərgilərdə yayımlandı. 

Fatimə həyatını və biliyini Qəzzadakı fələstinlilərin həyatını sənədləşdirməyə həsr etdi – təkcə ölüm anlarını deyil, dağıntıların altında davam edən həyatı, yorğun baxışlardakı ümidi və viran olmuş divarların arxasındakı izzəti. O, sadəcə sənədləşdirən bir “obyektiv” deyildi, zaman boyunca yaşayacaq əbədi bir hekayəyə çevrildi.

Bərəkətli Yaşayış

Fələstin Mədəniyyət Nazirliyi rəsmi Facebook səhifəsində Fatimə Həsunənin şəhadəti ilə bağlı başsağlığı verərək belə yazdı:

“Mədəniyyət Nazirliyi böyük kədər və ağrı ilə bildirir ki, sənətçi, yazıçı və fotoqraf şəhid Fatimə Həsunə, işğalçı qüvvələrin Qəzza zolağının şimalındakı evini hədəf alan hücumu nəticəsində ailəsinin on üzvü ilə birlikdə şəhid olmuşdur. Onun itkisi münasibətilə dərin hüznlə başsağlığı veririk.”

Başsağlığı mesajının davamında belə qeyd olunur:
“Şəhid Fatimə Həsunə soyqırımın başlanğıcından bəri meydanı tərk etmədi və bombardmanlar, alov və ölüm yağışı altında öz obyektivi ilə qətliamları sənədləşdirdi. O, xalqının ağrısını və fəryadını çəkdiyi fotolarda əks etdirdi.

O, Tətbiqi Elmlər Kollecindən multimedia ixtisası üzrə məzun olmuşdu və Qəzzadan insani hekayələri sənədləşdirmək üçün bir çox rəqəmsal platformalarla əməkdaşlıq edirdi. Həmçinin  “Tamer” müəssəsəsi ilə yazıçılıq bacarıqları üzrə təlimçi kimi və Fələstin Qızıl Aypara Cəmiyyəti ilə birgə çalışırdı.”

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha